Aktual

ABŞ-ın son açıqlaması Yunanıstanı ÖZÜNDƏN ÇIXARDI

ABŞ-ın son açıqlaması Yunanıstanı ÖZÜNDƏN ÇIXARDIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ müdafiə nazirinin müavini Selest Uollander Türkiyəyə F-16-ların satışını dəstəklədiklərini açıqlayıb.

7Times.az  bildirir ki, Madriddə keçirilən sammitdə çıxış edən Uollander Türkiyənin müdafiə qabiliyyətinin inkişafının NATO-ya da töhfə verəcəyini bildirib.

 

“Birləşmiş Ştatlar Türkiyəni qırıcı təyyarə parkını modernləşdirmək üçün dəstəkləyir. Çünki bu, NATO-nun və beləliklə də ABŞ-ın təhlükəsizliyinə töhfə verəcək. Bu planlar lazımi təsdiq mexanizmlərindən keçməyə davam edir”, deyə o söyləyib.

Uollanderin bəyanatı Türkiyənin Finlandiya və İsveçin NATO-ya daxil olmasını təsdiqləməsindən sonra verilib. Danışıqlarda Türkiyənin ABŞ-dan F-16 almasının da sövdələşmənin bir parçası olduğu iddia edilib. Digər tərəfdən ötən aylarda ABŞ prezidenti Co Baydenlə görüşən Yunanıstanın baş naziri Kiryakos Mitsotakisin “Türkiyəyə F-16 satmayın”  söyləməsi yenidən gündəmə gəlib. Konqres üzvlərindən Şərqi Aralıq dənizindəki hadisələri nəzərdən keçirmələrini xahiş edən Mitsotakis, “Kiprdə iki dövlətli həlli əsla qəbul etməyəcəyik” deyib. Bu baxımdan ABŞ-dan gələn açıqlamaların Yunanıstanı qəzəbləndirəcəyi fikri irəli sürülüb.

 

Xatırladaq ki, noyabr ayında Türkiyə ABŞ-dan 40 yeni F-16 və mövcud F-16 üçün 80 modernləşdirmə dəsti almaq üçün müraciət edib. Qardaş ölkənin Rusiya istehsalı olan S-400 hava hücumundan müdafiə sistemini alması səbəbindən birgə istehsal etməyi planlaşdırdığı F-35 layihəsindən uzaqlaşdırılması, Ankaranı hava hücumundan müdafiə sahəsində yeni axtarışlara yönəldib.