Dünya

ABŞ-ın Suriyada İrana bağlı qüvvələrə zərbələrinə Tehrandan cavab

ABŞ-ın Suriyada İrana bağlı qüvvələrə zərbələrinə Tehrandan cavabbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ ordusunun Suriyadakı qeyri-qanuni mövcudluğu beynəlxalq hüququ və bu ölkənin ərazi bütövlüyünü pozur.

7Times.az  xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmisi Nasir Kənani deyib.

“Terror qruplaşması ilə mübarizə ABŞ-ın Suriyanın işğalını davam etdirməsi və bu ölkənin resurslarını, o cümlədən enerji və taxılını daha da talan etməsi üçün sadəcə bəhanədir. İranın hərbi müşavirləri Dəməşq hökumətinin dəvəti ilə Suriyaya terrorla mübarizədə kömək etmək üçün oradadırlar”, – Kənani bildirib.

Qeyd edək ki, bir neçə gün öncə İranyönlü şiə döyüşçüləri Suriyanın Deyr əz-Zor əyalətindəki “Ömər” neft yatağı yaxınlığında yerləşən ABŞ hərbi bazasına bir neçə raket zərbəsi endirib. Buna cavab olaraq ABŞ Suriyanın şərqində Qüds qüvvələrinin, Deyr əz-Zor şəhəri istiqamətində rejim qüvvələrinə və İran milislərinə güclü zərbələr vurmuşdu.