Dünya

ABŞ-ın tövsiyəsi ilə Mərakeş Ukraynaya T-72 tankları üçün ehtiyat hissələri göndərir…

ABŞ-ın tövsiyəsi ilə Mərakeş Ukraynaya T-72 tankları üçün ehtiyat hissələri göndərir…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Mərakeş BMT Baş Assambleyasının  Rusiyanın Ukraynaya qarşı təcacüzünü pisləyən və sonradan Rusiyanın Ukraynaya vurduğu ziyanın ödənilməsi barədə qətnamələr üzrə səsvermələrdə bitərəf qalıb…”
“ABŞ-ın tövsiyəsi ilə Mərakeş neytal mövqeyindən imtina edərək Ukraynaya yardım etmək qərarına gəlib…”
ABŞ-ın tövsiyəsi ilə Mərakeş Ukraynaya T-72 tankları üçün ehtiyat hissələri tədarük etməyə başlayır.
Bu, ilk Afrika dövlətidir ki, Rusiya-Ukrayna müharibəsində neyyrallıqdan imtina edərək Kiyevə hərbi yardım göstərir.
Moderator.az xəbər verir ki, bu barədə Fransanın “Africa İntelligence” nəşri məlumat yayıb.
Mart ayında Mərakeş BMT Baş Assambleyasının  Rusiyanın Ukraynaya qarşı təcavüzünü pisləyən qətnaməsin üzrə səsvermə zamanı bitərəf qalıb.
Noyabr ayında Mərakeş Rusiya tərəfindən Ukraynaya ziyanın ödənilməsi barədə qətnamə üzrə səs verməyən azsaylı ölkələrdən olub.
Bununla yanaşı, krallıq nümayəndələri Almaniyada Ukraynaya hərbi yardım məsələsi müzakirə edilən NATO üzv ölkələrinin aprel görüşündə iştirak edib.
Mərakeşin və Qərb ölkələrinin Ukrayna məsələsindəki mövqelərində yaxınlaşmasının nəticəsi olaraq ABŞ-la Kiyevə tanklar üçün ehtiyat hissələri tədarükü barədə razılığa gəlməsi olub.
Mərakeş və Ukrayna əvvəllər də tank məsələlərində təmaslarda olub. Mərakeş ordusunda 1999-2001-ci illərdə Belarusdan aldığı onlarla T-72 tankı var.
2015-ci ilin iyulunda “Ukroboronprom” dövlət şirkəti Mərakeşə bu tanklar üçün ehtiyat hissələri üçün müraciət edib.
T-72 Ukrayna tank qoşunlarının hələ SSRİ dönəmində istehsal edilən əsas döyüş maşınıdır.
Rusiyanın hərbi müdaxiləsindən sonra sovet silahına malik olan Şərqi Avropa ölkələri Kiyevi bu silahlarla təchiz etməyə başlayıb.