Dünya

ABŞ-ın Ukraynada atəşkəs planı: Bu, ən yaxşı və son təklifdir

ABŞ-ın Ukraynada atəşkəs planı: Bu, ən yaxşı və son təklifdirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gələn həftə Londona səfəri zamanı ABŞ və Kiyevin müttəfiqləri Ukrayna ilə bağlı atəşkəs planı barədə razılığa gəlmək istəyirlər.

7Times.az xəbər verir ki, bu barədə “New York Post” (NYP) qəzeti Vaşinqton administrasiyasının nümayəndəsinə istinadən yazır.

“Gələn həftə Londonda biz tam və hərtərəfli atəşkəs haqqında qərar qəbul etmək istəyirik. Sonra ruslarla danışıqlar aparmaq niyyətindəyik. Beləliklə, bu, hər iki tərəfin harada qərarlaşdığını öyrənmək üçün ən yaxşı və son təklifdir”, – nümayəndə bildirib.

Mənbənin sözlərinə görə, Kremli bu təklif üzrə danışıqlara cəlb etmək üçün ABŞ anti-Rusiya sanksiyalarını yumşalda, həmçinin dondurulmuş Rusiya aktivlərinin blokunu aça bilər.