Dünya

ABŞ-ın zərbə PUA-sı Rumıniyada qəzaya uğradı – VİDEO

ABŞ-ın zərbə PUA-sı Rumıniyada qəzaya uğradı – VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus “MQ-9 Reaper” hərbi kəşfiyyat və zərbə PUA-sı Rumıniyada “Campia Turzi” aviabazası yaxınlığında təlim uçuşu zamanı qəzaya uğrayıb.

Bu barədə Rumıniyanın müdafiə naziri Vasile Dinku bildirib.

“Tələfat və dağıntı yoxdur. Dron tarlaya, boş sahəyə düşüb. Amerikalılar hazırda qalıqların ilkin analizini aparırlar. Hazırda bu dronlardan Rumıniya ekipajları ilə birgə təlim məqsədləri üçün istifadə olunur”, – deyə nazir bildirib.

O, əlavə edib ki, pilotsuz təyyarəyə amerikalı operator nəzarət edib.

Həmçinin, Dincu qeyd edib ki, PUA hərbi tapşırıqlar üçün deyil, müşahidə üçün istifadə olunur.