ABŞ Yəməndə “Ənsar Allah” (husilər) qruplaşmasına çatdırılması planlaşdırılan və İran tərəfindən göndərilən silahların ələ keçirildiyini açıqlayıb.
Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Məlumata görə, avqustun 6-da Yəmən təhlükəsizlik qüvvələri pilotsuz uçuş aparatları, raketlər, simsiz rabitə cihazları və qabaqcıl idarəetmə komponentləri daşıyan gəmini saxlayıb.
ABŞ tərəfi bu silahların İran tərəfindən husilərə göndərildiyini bildirib.
Follow @7timesaz