Dünya

ABŞ İsraildəki vətəndaşlarının təxliyəsinə hazırlaşır

ABŞ İsraildəki vətəndaşlarının təxliyəsinə hazırlaşırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ İsraildən vətəndaşlarını təxliyə etməyə hazırlaşır.

“7Times.az” xəbər verir ki, bu barədə ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi sosial şəbəkələrdə bildirib.

“Biz təxliyə prosesinə hərbi, kommersiya, çarter reysləri və kruiz gəmilərinin cəlb edilməsi üzərində işləyirik”, – o qeyd edib.

Səfir bildirib ki, İsraili tərk etmək istəyən amerikalılar müvafiq siyahıya düşmək üçün ABŞ Dövlət Departamentinin Smart Traveler Enrollment Program sistemində qeydiyyatdan keçməlidirlər.

M.Hakabi həmçinin İsraildəki ABŞ vətəndaşlarına sığınacaqlara yaxın olmağı və hava həyəcanı xəbərdarlıqlarını nəzərə almağı tövsiyə edib.