ABŞ İsrailə onun Colan təpələrinə hücuma cavab olaraq Livanın paytaxtı Beyrutdakı “Hizbullah” hərəkatının hədəflərinə zərbə endirmək planlarının vəziyyətin nəzarətdən çıxmasına gətirib çıxara biləyi barədə xəbərdarlıq edib.
7Times.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.
Qeyd olunub ki, İsrail Livandan qisas alacağı təqdirdə, “Hizbullah” İsrail ərazisinə uzaqmənzilli raketlərlə hücum edə bilər ki, bu da, çox güman ki, daha böyük eskalasiyaya gətirib çıxaracaq.
Xatırladaq ki, daha əvvəl İsrailin hərbi-siyasi kabineti Baş nazir Binyamin Netanyahu və müdafiə naziri Yoav Qalanta Colan təpələrinə raket zərbəsindən sonra Livana qarşı tədbirlər haqqında qərar vermək səlahiyyəti verib.
Follow @7timesaz