Dünya

ABŞ kəşfiyyatı Çinin Tayvanı işğal etmək istədiyini müəyyən edib

ABŞ kəşfiyyatı Çinin Tayvanı işğal etmək istədiyini müəyyən edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ kəşfiyyyatı Çinin “Birləşmiş Ştatlar tərəfindən dəstəyinə rəğmən Tayvanı ələ keçirə biləcək” silahlı qüvvələr yaratmaq üzərində çalışdığını bəyan edib.

7Times.az  Musavat.com-a istinadən xəbər veri ki, belə bir bəyanat ABŞ Milli Kəşfiyyatının rəhbəri Avril Heyns Senatın silahlı qüvvələr üzrə komitəsində dinləmələr zamanı səslənib.

Dinləmələrdə Avril Heynsdən başqa ABŞ Müdafiə Nazirliyinn Kəşfiyyat idarəsinin rəhbəri, general-leytenant Skott Berrye də iştirak edib.

General Berryenin sözlərinə görə, ABŞ Çinin Rusiyanın Ukraynadakı apardığı müharibədən hansı dərsləri nəticələri çıxardığını bilmir. Kəşfiyyat strukturlarının başçılarının ümumi rəyinə əsasən, Si Tzinpin və Çin Kommunist partiyası Ukrayna böhranını ciddi surətdə təhlil edirlər. Onlar hazırkı məqamda ÇXR-in Tayvan üstündə silahlı münaqişədən qaçmağa üstünlük verdiyini bildiriblər.

“Fikrimcə, onar bunu öncə dinc yolla həyata keçirmək istəyəcəklər. Elə Tayvanın özü də Ukrayna münaqişəsindən ciddi dərslər çıxarıb və bu ona Çindən müdafiə olunmağa kömək edəcək.”,-deyə general Berrye vurğulayıb.