Dünya

ABŞ-la Rusiya bu ölkədə hərbi toqquşma olacaq

ABŞ-la Rusiya bu ölkədə hərbi toqquşma olacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nigerdə Rusiya və ABŞ arasında birbaşa hərbi münaqişə ehtimalı aşağı olsa da, Amerika ordusu ilə Moskvanın dəstəklədiyi qüvvələri arasında hərbi toqquşmalar mümkündür.

7Times.az xəbər verir ki. Bunu “Newsweek”ə müsahibəsində Kornell Universitetinin tarix professoru Devid Silbi bildirib.

“Risk ABŞ qoşunları ilə Rusiyanın dəstəklədiyi siyasi qüvvələr arasında təsadüfi toqquşma zamanı ola bilər. Kimsə yanlış zamanda yanlış yerdə olarkən atışma başlayır. Təsadüfi müharibələr, təəssüf ki, az deyil”, – o qeyd edib.

İyulun 27-nə keçən gecə Nigerdə baş verən hərbi çevriliş nəticəsində prezident Mohamed Bazum hakimiyyəti devrilib. Nigerdəki hərbi üsyana general Əbdürrəhman Çianinin rəhbərliyi altında prezident qvardiyasının üzvləri rəhbərlik edib və sonradan ölkənin yeni başçısı elan edilib.