Apreldə Nyu-Yorkda keçiriləcək BMT Təhlükəsizlik Şurasının (TŞ) bir sıra iclaslarında iştirak etmək üçün Rusiyanın xarici işlər naziri Sergey Lavrovun və Rusiya nümayəndə heyətinin vizaları hələ verilməyib.
7Times.az xəbər verir ki, bu barədə çərşənbə günü jurnalistlərə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
O, TASS-ın sualını cavablandırarkən deyib:
“Hələlik viza verilməyib. Bir dənə də olsun viza verilməyib”.
Xatırladaq ki, Rusiya aprel ayında BMT Təhlükəsizlik Şurasına sədrlik edir.
Rusiya Federasiyasının dünya təşkilatındakı nümayəndəsi Vasili Nebenzya bir müddət əvvəl TASS-a müsahibəsində Lavrovun BMT-nin mənzil-qərargahına səfər edəcəyini və aprelin 24 və 25-də Təhlükəsizlik Şurasının iclaslarında iştirak edəcəyini bildirib.
Follow @7timesaz