“Hizbullah və ya digər opponentlər İsrail və HƏMAS arasındakı münaqişələrdən istifadə etməməlidir”.
7Times.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurası bəyanat yayıb.
Bəyanatda münaqişənin Livana yayılmasının arzu olunmadığı, İsrail ilə Livan arasında mümkün müharibənin Livan xalqına səbəb olacağı təxribatın ağlasığmaz olduğu bildirilib.
Follow @7timesaz
Bəyanatda deyilir:
“Hizbullah liderinin bugünkü çıxışından xəbərdarıq. Biz münaqişəyə girməyəcəyik. ABŞ HƏMAS-ın İsrailə gətirdiyi münaqişənin genişlənməsini istəmir. Biz və tərəfdaşlarımız açıq şəkildə bəyan etmişik: Hizbullah və digər aktorlar – dövlət olsun, olmasın – davam edən münaqişədən faydalanmağa çalışmamalıdır: Bunun İsrail və Livan arasında 2006-cı ildən daha qanlı müharibəyə çevrilmə potensialı var. ABŞ bu münaqişənin davam etməsini istəmir. Livanın və onun xalqının yaşayacağı mümkün dağıntılar ağlasığmazdır”.
Hizbullahın baş katibi Həsən Nəsrullah dünən paylaşdığı video konfrans vasitəsilə etdiyi çıxışda Livan və İsrail sərhədində indiyə qədər baş verənlərlə (münaqişələrlə) kifayətlənməyəcəklərini bildirib.
Nəsrullah “Müharibəyə görə ABŞ məsuliyyət daşıyır. Qəzzada müharibəyə rəhbərlik edir və bunun əvəzini ödəməlidir. İraq və Suriyada törətdiyi qətllərə görə cavab verməlidir. Müqavimət qüvvələrimiz ABŞ bazalarına hücum edəcəklər”, – deyib
Qeyd edək ki, İsrailin baş naziri Benyamın Netanyahu da Hizbullah liderinin açıqlamalarına toxunaraq xəbərdarlıq edib: