ABŞ-nin müdafiə naziri Lloyd Ostin gözlənilmədən İraqa səfər edib.
7Times.az xəbər verir ki, bu barədə məlumatı “Reuters” yayıb.
Səfərlə bağlı detallar açıqlanmayıb.
Qeyd edək ki, Pentaqon ötən həftə L.Ostinin martın 5-dən 9-na qədər Yaxın Şərqə səfər edəcəyini açıqlayıb. Lakin bu səfər çərçivəsində onun İraqa da gedəcəyi qeyd edilməyib.