Dünya

ABŞ Müdafiə Nazirliyinin nümayəndələri İrəvanda səfərdədir

ABŞ Müdafiə Nazirliyinin nümayəndələri İrəvanda səfərdədirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Müdafiə Nazirliyinin nümayəndələri – general-mayor Kit Filips və Patrik Prayori İrəvanda səfərdədir.

“Report” xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın Ermənistandakı səfirliyinin mətbuat xidməti yayıb.

Bildirilib ki, Pentaqonun nümayəndələrinin səfəri çərçivəsində Ermənistan-ABŞ münasibətlərinin müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın möhkəmləndirilməsinin perspektivləri müzakirə ediləcək.

Həmçinin ABŞ-ın Müdafiə Nazirliyinin nümayəndələrinin Ermənistanın rəsmi şəxsləri və Silahlı Qüvvələrin əməkdaşları ilə görüşləri planlaşdırılıb.