Ukrayna və onun müttəfiqləri etiraf etməlidirlər ki, işğal olunmuş ərazilərin tam azad edilməsi və 1991-ci il sərhədlərinə qayıtmaq mümkün deyil.
7Times.az xəbər verir ki, bunu “Foreign Affairs” nəşrinin şərhçisi Riçard Haas yazıb.
“Vaşinqton müharibənin acı reallığını etiraf etməli və daha inandırıcı nəticə ilə barışmalıdır. O, qələbəni Kiyevin öz suverenliyini və müstəqilliyini, istədiyi ittifaqlara və birliklərə girmək azadlığını qoruması kimi müəyyən etməyə davam etməlidir. Lakin o, qalib gəlmək üçün Kiyevin bütün torpaqlarını azad etməli olduğu fikrindən əl çəkməlidir. ABŞ və müttəfiqləri Kiyevi Kremllə danışıqlara sövq etməli və onu necə etməli olduğuna dair aydın təsəvvür yaratmalıdırlar”, – Haas bildirib.
Onun sözlərinə görə, bu, hərbi əməliyyatları dayandırmağın, Ukraynanı əsl müstəqil ölkə kimi qorumağın və ona bərpa olunması və həm Ukrayna, həm də bütün dünya üçün ağır nəticələrin qarşısını almaq imkanı verməyin yeganə yoldur.
Follow @7timesaz