ABŞ Nigerin paytaxtı Niameydəki bazadan hərbi personalın çıxarılmasını başa çatdırıb.
7Times.az xəbər verir ki, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.
“Amerika qüvvələrinin və texnikasının 101-ci Hərbi Hava Bazasından çıxarılması başa çatıb”, – məlumatda bildirilib.
Bundan əlavə, sentyabrın ortalarına qədər Pentaqon öz əsgərlərini Nigerin şimalındakı Aqades şəhərindən çıxarmalıdır. Qeyd olunub ki, 766 amerikalı hərbçi artıq Nigeri tərk edib.
Follow @7timesaz