Amerikalı məşhur milyarder İlon Mask Donald Trampdan sonra ABŞ-nin növbəti prezidentinin kim olacağına dair proqnozunu açıqlayıb.
7Times.az xarici KİV-ə istinadla xəbər verir ki, öz sosial şəbəkə səhifəsində bununla bağlı paylaşım edən Mask ABŞ-nin növbəti prezidentinin hazırkı vitse-prezident J.D.Vens olacağını yazıb.
Mask Vensi nəzərdə tutaraq, “indiyə qədərki ən yaxşı vitse-prezident və gələcək prezidentimiz”, – deyə bildirib.
Qeyd edək ki, əvvəllər Donald Trampın ünvanına ən kəskin ifadələr işlədən, onu tənqid edən Vens sonradan Trampın ən qatı “tərəfdarına” çevrilib, buna görə də Tramp tərəfindən vitse-prezident postuna layiq görülüb. Son olaraq Vens Münhen Təhlükəsizlik Konfransında Avropa ölkələrini aşağılayan kəskin çıxışı və onların daxili siyasətinə qarışaraq, faşist görüşlərilə tanınan ultra sağçı siyasətçiləri dəstəkləməsilə yadda qalıb.
“AzPolitika.info”
Follow @7timesaz