Dünya

ABŞ-nin Səhiyyə Nazirliyi bütün əməkdaşları işdən çıxarmağı təklif edib

ABŞ-nin Səhiyyə Nazirliyi bütün əməkdaşları işdən çıxarmağı təklif edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-nin Səhiyyə Nazirliyi ölkə administrasiyasının elan etdiyi kütləvi ixtisarlar fonunda bütün əməkdaşları işdən çıxarmağı təklif edib.

7Times.az xəbər verir ki, bu barədə CBS telekanalı mənbələrinə istinadən məlumat yayıb.

“ABŞ-nin Səhiyyə Nazirliyi bütün əməkdaşlarına 25 min dollar ödənilməsi müqabilində könüllü istefa vermə ehtimalı barədə məlumatlandırılıb”, – reportajda deyilir.

Kanalın məlumatına görə, bu təşəbbüs ABŞ Prezidenti Donald Tramp administrasiyası tərəfindən həyata keçirilən dövlət qulluqçularının sayını kütləvi şəkildə ixtisar etmək kampaniyasının bir hissəsidir.

İşdən çıxarılma təklifi martın 14-dək etibarlıdır. Nazirlikdə ümumilikdə 80 mindən çox işçi çalışır.

“Report”