Hərbi

ABŞ nüvə silahı ilə düşmənlərinə xəbərdarlıq etdi – “Rusiya və Çin imtina edir”

ABŞ nüvə silahı ilə düşmənlərinə xəbərdarlıq etdi – “Rusiya və Çin imtina edir”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vaşinqton qarşıdakı illərdə Rusiya, Çin və Şimali Koreya başda olmaqla düşmənlərin artan təhdidlərinin qarşısını almaq üçün strateji nüvə qüvvələrinin yerləşdirilməsini genişləndirmək məcburiyyətində qala bilər”.

7Times.az  xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının yüksək vəzifəli rəsmisi Pranay Vaddi deyib.

O, ABŞ-nin beynəlxalq silahların yayılmaması rejiminə əməl etdiyini vurğulayıb, lakin xatırladıb ki, Rusiya 2026-cı ildə başa çatacaq Strateji Silahların Azaldılması Müqaviləsini (Yeni START) əvəz edəcək yeni müqaviləni müzakirə etməkdən imtina edib, Çin isə artan nüvə arsenalı haqqında danışıqlar aparmaq istəmir.

“Biz qarşıdakı illərdə elə bir nöqtəyə gələ bilərik ki, Amerika xalqını, müttəfiqlərimizi və tərəfdaşlarımızı qorumaq, düşmənlərimizi çəkindirmək üçün yerləşdirilən silahların sayını artırmalı olacağıq”, – Vaddi qeyd edib.

Bu həftənin əvvəlində Prezident Vladimir Putin Ukraynanın Rusiya ərazisinə hücum etməsinə icazə verilməsinə “asimmetrik cavab” olaraq Rusiyanın Kiyevin müttəfiqlərinin əleyhdarlarına silah verməyə hazır olduğunu bildirib.

Cümə axşamı Kuba səlahiyyətliləri gələn həftə Rusiyann “Kazan” nüvə sualtı qayığı və raket freqatı “Admiral Qorşkov” da daxil olmaqla, Havana limanına dörd rus gəmisinin gələcəyini elan edib. Bəyanatda Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmilərinin nüvə silahı daşımadığı və bölgə üçün təhlükə yaratmadığı vurğulanıb.

“AzPolitika”