ABŞ Ermənistan ordusuna məsləhətçi qismində dəstək verir.
APA-nın “Armenpress”ə istinadən məlumatına görə, bu barədə Ermənistanın Müdafiə Nazirliyi ABŞ dövlət katibinin müavini Uzra Zeyin ABŞ ordusunun nümayəndəsinin Ermənistan Müdafiə Nazirliyində çalışacağına dair məlumata münasibət bildirərkən deyib.
Qeyd olunub ki, təkcə rəsmi Vaşinqton yox, digər tərəfdaşları da Ermənistan ordusuna qısamüddətli və uzunmüddətli razılaşmalar əsasında köməklik göstərməkdə davam edir.