ABŞ ordusu prezident Donald Trampın göstərişinə uyğun olaraq Somaliyə zərbələr endirib.
7Times.az xəbər verir ki, bu barədə Tramp “Truth Social” hesabında paylaşım edib.
“Terrorçuların gizlənmək vaxtıdır” deyən Tramp, dünyanın ən yaxşısı olan ABŞ əsgərlərinin onları tapıb hərəkətə keçəcəyini qeyd edib. O, ABŞ əsgərlərinin İŞİD-i 3 həftədən az müddətdə məhv etdiyini iddia edərək, terrorçu ünsürləri tamamən yox etmək üçün ABŞ əsgərlərini yenidən təyin etdiyini bəyan edib. Qeyd edib ki, terrora son qoymaq və rifah gətirmək üçün Somali xalqını dəstəkləməyə davam edəcəklər: “Husilərin yerləşməsinə icazə verməməlidirlər”.
Qeyd edək ki, ABŞ ordusu Somali hücumlarından əvvəl Yəmənin paytaxtı Sənaya hava zərbələri endirib. Yəmənin Səhiyyə Nazirliyi ABŞ hərbçilərinin paytaxt Sənanın qərbindəki Bəni Mətar bölgəsində həyata keçirdiyi hücumlarda 5 nəfərin öldüyünü, 13 nəfərin yaralandığını bildirib.
Follow @7timesaz