Hərbi

ABŞ özünün “Xəzər canavarı”nı yaradır – FOTO

ABŞ özünün “Xəzər canavarı”nı yaradır – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Tədqiqat Layihələri İdarəsi “Liberty Lifter” layihəsi çərçivəsində SSRİ-də hazırlanmış KM-nin («Корабль-макет») analoqunu – “Xəzər Canavarı”nı yaratmağa qərar verib.

7Times.az-ın məlumatına görə, bu varədə “Popular Mechanics” jurnalı yazıb.

ABŞ nəşri qeyd edir ki, “Liberty Lifter” xüsusi dəniz limanları və hava bazalarından istifadə etmədən böyük kütləli yüklərin nisbtən yüksək sürətlə çatdırılmasına imkan verəcək:

“Məsələn, dənizdə və havada hərəkət edə biləcək ekranoplan – “Xəzər canavarı” ilə Cənubi Çin dənizindəki adalara zirehli texnika və gəmi əleyhinə raketlər ötürmək üçün istifadə edilə bilər. Nəqliyyat vasitəsi dalğa təsirlərinə tab gətirə bilən möhkəm konstruksiyaya, eləcə də üç kilometrə qədər uçuş hündürlüyünə malik olacaq”.

Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyi bu layihə barədə hələ 2021-ci ilin avqustunda bildirsə də, ad açıqlanmamışdı.

Xatırladaq ki, “903 Lun” layihəsi çərçivəsində ekranoplan raket gəmisi 1986-cı ilin iyulunda buraxılıb. O zaman texnika saatda 500 kilometr sürətlə 2000 kilometrə qədər məsafəni qət edə bilirdi. Uzunluğu 74 metr, hündürlüyü isə 19 metr idi. (lent.az)