Dünya

“ABŞ Putinə “qurban” kimi baxmağa başlayıb” – “Putin və ruslar sevinirlər”

“ABŞ Putinə “qurban” kimi baxmağa başlayıb” – “Putin və ruslar sevinirlər”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Donald Trampın məlum bəyanatı və bundan əvvəl Səudiyyə Ərəbistanında keçirilən ABŞ – Rusiya danışıqları Ukraynada ciddi narazılıq və narahatlıqla qarşılanıb.

7Times.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya və ABŞ nümayəndələri arasında Səudiyyə Ərəbistanında keçirilən danışıqlarla bağlı mənfi fikirdə olduğunu bildirib.

Zelenski fevralın 19-da keçirilən mətbuat konfransında deyib ki, ABŞ-nin indiki rəhbərliyi Vladimir Putini təcrid vəziyyətindən çıxarmaqla məşğuldur: “Amerika Birləşmiş Ştatları Putinin uzun illər olduğu təcrid vəziyyətindən çıxmasına kömək etdi. Heç kim qıcıqlanmır, biz hər şeyə hazırıq”.

Zelenskinin sözlərinə görə, ABŞ Rusiya – Ukrayna müharibəsinə münasibətini xeyli yumşaldıb və hətta Putinə “qurban” kimi baxmağa başlayıb: “Mən istərdim ki, Trampın komandasında daha çox həqiqət olsun. Çünki bütün bunlar Ukraynaya qətiyyən müsbət təsir göstərmir. Düşünürəm ki, Putin və ruslar çox sevinirlər, çünki onlarla “qurban” kimi müzakirə aparırlar”.

Zelenski həmçinin bəyan edib ki, ölkəsinin ruslardan gələn təhlükəsizlik zəmanətinə ehtiyacı yoxdur, əksinə, Rusiyanın təcavüzündən müdafiəyə ehtiyacı var. Dövlət başçısı əlavə edib ki, heç bir sənədə “gur alqışlar xatirinə” imza atmayacaq.

“AzPolitika.info”