Dünya

“ABŞ Putinin bəyəndiyi şeylər deyir” – Zelenski

“ABŞ Putinin bəyəndiyi şeylər deyir” – Zelenskibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident Vladimir Zelenski hesab edir ki, ABŞ-ın ritorikasının məqsədi indi Kreml diktatoru Vladimir Putini razı salmaq və müəyyən “sülh sazişi”nin bağlanmasını sürətləndirməkdir.

7Times.az xəbər verir ki, bu barədə o, ARD telekanalına müsahibəsində bildirib.

Zelenski gələcək “sülh danışıqları” zamanı Rusiyaya ərazi güzəştləri perspektivini şərh edərək, Ukraynanın “hüquqi olaraq öz ərazilərindən imtina etməyəcəyini” vurğulayıb.

O, həmçinin ölkəsinin Rusiya tərəfindən beynəlxalq hüquqa zidd olaraq işğal və ilhaq edilmiş hissələrinin bir gün yenidən milli ərazinin bir hissəsi olacağına əminliyini ifadə edib.

“Əlbəttə, biz hər şeyi qaytaracağıq. Beynəlxalq hüquqa hörmət qayıdacaq. Bu gün deyilsə, sabah”, – prezident bildirib.

ABŞ-ın müdafiə naziri Pit Heqsetin 2014-cü il sərhədlərinə qayıtmağın Ukrayna üçün qeyri-real olduğuna dair sözlərini şərh edən Zelenski deyib ki, Pentaqonun rəhbəri “təfərrüatlara varmalıdır. Düşünürəm ki, bunun üçün ona vaxt lazımdır”.

“ABŞ bu gün Putinin həqiqətən bəyəndiyi şeylər deyir. Məncə, əsas budur. Çünki onun xoşuna gəlmək istəyirlər”, – deyə dövlət başçısı qeyd edib.

Zelenski həmçinin hesab edir ki, Ukraynanın NATO-ya potensial üzvlük məsələsi “müharibəyə son qoymaq” üzrə danışıqlar prosesindən kənarda qala bilməz.