Dünya

ABŞ rus diplomatlarını həbs etməklə HƏDƏLƏDİ

ABŞ rus diplomatlarını həbs etməklə HƏDƏLƏDİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ yanvarın sonuna qədər ölkəni tərk etmək əmri verilmiş rusiyalı diplomatları həbs etməklə hədələyib”.

Publika.az “RIA Novosti”yə istinadla xəbə verir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirib.

“Rusiya diplomatlarına qarşı təqiblər davam edir. 27 rus diplomatının ABŞ-dan qovulduğu dövr yenicə başa çatıb. Dedilər – sizə tövsiyə olunur, ABŞ-ı tərk etmək əmri verilir. Və getməsək diplomatlarımızın aqibəti necə olacaq sualımızın cavabında deyildi: səhəri gün sizi şəhərdə həbs edib müvafiq quruma göndərəcəyik. Bu, diplomatlarımızın qovulması deyilmi?” – Antonov  deyib.