ABŞ Dövlət Departamenti qeyri-immiqrant, o cümlədən turist vizalarının alınması qaydalarını sərtləşdirib. Yeni qərara əsasən, vizaya müraciət yalnız vətəndaşlığın və ya daimi yaşayışın olduğu ölkədə mümkündür.
“7Times.az” xəbər verir ki, Rusiya bu istisna ölkələr sırasındadır, çünki Moskvadakı ABŞ səfirliyi 2021-ci ildən turist vizası vermir. Rusiyalılar vizaya yalnız Qazaxıstanın Astanadakı və Polşanın Varşavadakı ABŞ səfirliklərində müraciət edə bilərlər.
Ukrayna vətəndaşları üçün müraciətlər Polşadakı (Krakov və Varşava), Belarus vətəndaşları üçün isə Varşava və Vilnüsdəki səfirliklərdə qəbul olunur.
Qeyd olunur ki, əvvəlcədən təyin edilmiş müsahibələr qüvvədə qalır, humanitar və siyasi əsaslarla istisnalar mümkündür. ABŞ rəsmiləri isə rusiyalılara vizasız ölkəyə daxil olmağa cəhd etməmələri barədə xəbərdarlıq ediblər.
Follow @7timesaz