Dünya

ABŞ Rusiyanı təcavüzkar dövlət elan etməyi planlaşdırır

ABŞ Rusiyanı təcavüzkar dövlət elan etməyi planlaşdırırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Konqresi Ağ Evlə birlikdə Rusiyanı təcavüzkar dövlət kimi pisləyən qanun layihəsi hazırlayır. Bu, prezidentə hərbi təcavüzdə iştirak edən Rusiya rəsmilərinə qarşı yeni sanksiyalar tətbiq etməyə imkan verəcək.

7Times.az  bildirir ki, bu barədə “The Hill” məlumat yayıb.

Belə bir qanunvericilik təşəbbüsünün ortaya çıxması Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ-a səfəri ilə eyni vaxta təsadüf edir.

Eyni zamanda, respublikaçıların nümayəndələri bu təşəbbüsü prezident Zelenskinin Rusiyanın terrorizmin sponsoru kimi tanınması tələbinə “yarım bişmiş” cavab adlandırırlar. Çünki bu etiket Moskvanı beynəlxalq ictimaiyyətdən tamamilə təcrid edəcək və ABŞ-ı maliyyə sanksiyaları tətbiq etməyə məcbur edəcək.
Dekabr ayında Amerika mətbuatına müsahibəsində ABŞ dövlət katibi Entoni Blinken qeyd edib ki, Ağ Ev rəsmiləri artıq Konqreslə “terrorizmin sponsoru” etiketi ilə bağlı düzəlişlərə kömək edəcək qanun layihəsi üzərində işləyirlər.

Məsələ ilə tanış olan konqres nümayəndəsinin sözlərinə görə, qanun layihəsinin mətni prezident administrasiyası və Konqresin nümayəndələri tərəfindən müzakirə olunur. Respublikaçıların sözçüsü ibu ideyanı tənqid edib. Onun fikrincə bu, Moskvaya ciddi xərclər gətirməyəcək.

“Bu, Rusiyanı heç bir şəkildə cəzalandırmayacaq və Ukrayna vətəndaşlarına kömək etməyəcək yarı bişmiş piar tədbiridir”- deyə o, bildirib.

Qanun layihəsi həmçinin prezidentə təcavüz cinayətinə görə məsuliyyət daşıyan, bu cinayətdə iştirak edən və ya onunla başqa şəkildə əlaqəli olan istənilən şəxsə qarşı sanksiyalar tətbiq etməyə imkan verir.

Xatırladaq ki, Ukrayna Kəşfiyyat İdarəsimin rəhbəri Budanov və Reznikovu öldürməsinə rus əməkdaşlarının mane olduğunu bildirib. Ukrayna kəşfiyyat xidmətinin rəhbəri Vasili Malyukun sözlərinə görə, hadisəni törədən şəxs Ukrayna ərazisinə daxil olmaq istəyərkən saxlanılıb.