ABŞ Ukraynada Rusiyanın hərbi cinayətləri ilə bağlı beynəlxalq tribunal yaradılmasının əleyhinədir.
7Times.az xarici mətbuata istinadən xəbər verir ki, əvəzində Dövlət Departamenti Ukrayna məhkəmə sistemi daxilində beynəlxalq ekspertləri cəlb etməklə “hibrid ad hoc tribunal”ın yaradılmasını dəstəkləyir.
Belə bir tribunalın yaradılması üçün BMT Baş Assambleyasının xüsusi qətnaməsi tələb olunmayacaq. Tribunal Avropada da yerləşə bilər ki, bu da gələcəkdə Ukraynanın Avropa oriyentasiyasını, belə bir qurumun beynəlxalq legitimliyini gücləndirəcək.
Qeyd edək ki, bundan əvvəl Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak “hibrid tribunal”ın yaradılmasının əleyhinə çıxış edib, çünki bu, Putin və Rusiya hökuməti üzvlərindən toxunulmazlığın götürülməsinə zəmanət vermir.
Follow @7timesaz