Gündəm

ABŞ Rusların Ukraynanı işğal edəcəyi tarixi AÇIQLADI

ABŞ Rusların Ukraynanı işğal edəcəyi tarixi AÇIQLADIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ağ Evin sözçüsü Cen Psaki iddia edib ki, Rusiya daha əvvəl Ukraynaya müdaxilə üçün zəmin hazırlamaq üçün Ukraynanın şərqində aldatma əməliyyatları keçirmək üçün bölgəyə bəzi qruplar yerləşdirib.
7Times.az  xəbər verir ki, bunu Ağ Evin sözçüsü Psaki gündəlik mətbuat brifinqində Rusiya ilə Ukrayna arasındakı gərginliyi və son vəziyyətini dəyərləndirərkən deyib.
Psaki iddia edib ki, Rusiya ordusu yanvarın sonu ilə fevralın ortaları arasında Ukraynaya müdaxilə edə bilər.
Onun ehtimalına görə, hərbi müdaxilə zamanı daha çox şəhər döyüş taktikasına üstünlük verəcəyini açıqlayıb.
Psaki onu da əlavə edib ki, artıq bununla bağlı əllərində kəşfiyyat məlumatları var. Onun dediyinə əsasən Rusiyanın keçirdiyi təlimlərdə iştirak edənlər şəhər döyüşlərində  xüsusi təlim keçmiş insanlardır.
 Rsaki əlavə edib ki,  bu cür əməliyyatların 2014-cü ildə də şahidi olmuşuq  və bu cür əməliyyatlar Rusiyanın Ukraynanın işğalına zəmin hazırlamaq  məqsədi daşıyır: “Biz bunu əvvəllər də görmüşük, 2014-cü ildən əvvəl də görmüşük. Bura Ukraynanın Rusiya qüvvələrinə hücum etməkimi  təxribat aktlaır kimi məsələlər də  daxildir”- o deyib.
(olke.az)