Ölkə

DİM səhvini ETİRAF ETDİ

DİM səhvini ETİRAF ETDİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Jurnalın 46-cı səhifəsində Bakı Ali Neft Məktəbinin “248279 Biznesin təşkili və idarə edilməsi (MBA proqramı üzrə) – Maliyyə (MBA, tədris ingilis dilində)” ixtisaslaşmasının təhsil haqqı texniki səbəblərdən səhvən 5000 əvəzinə 3000 göstərilib.

 

Bu varədə 7Times.az-a Dövlət İmtahan Mərkəzindən xəbər verilib.

 

Qeyd olunan ixtisaslaşma üzrə təhsil haqqı 5000 manatdır.

 

Bakalavarların nəzərinə çatdırırıq ki, magistraturaya ixtisaslaşma seçimi 7 – 13 iyul tarixlərində həyata keçiriləcək.

 

«Magistr» jurnalının 4-cü nömrəsinin elektron versiyasını (PDF formatda) www.abiturient.az saytında və ya DİM-in internet saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar. Xidmətə keçid: //eservices.dim.gov.az/ejurnal