Keniyalı yüngül atlet Feyt Kipyeqon 1500 metr məsafəyə qaçışda yeni dünya rekordu müəyyənləşdirib.
“Report” xəbər verir ki, idmançı bunu ABŞ-nin Oreqon ştatının Yucin şəhərində keçirilən “Diamond League”da reallaşdırıb.
O, 3 dəqiqə 48,58 saniyə nəticə göstərərək rekorda imza atıb. Əvvəlki rekord da Kipyeqona məxsus idi, o, 2024-cü ildə Parisdə keçirilən Olimpiadada 3 dəqiqə 49,04 saniyə nəticə göstərmişdi.
Qeyd edək ki, 31 yaşlı idmançı 1500 metr məsafəyə qaçış üçzə üçqat olimpiya və dünya çempionudur. O, həmçinin 5000 m məsafəyə qaçışda dünya çempionatının qızıl medalını (2023) qazanıb.
Follow @7timesaz