Dünya

Serbiyada İcazəsiz etiraz aksiyalarında 107 nəfər saxlanılıb

Serbiyada İcazəsiz etiraz aksiyalarında 107 nəfər saxlanılıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Serbiya polisi iyulun 5-də icazəsiz etiraz aksiyalarında 107 nəfəri saxlayıb, 2 nəfər xəsarət alıb.

“7Times.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Serbiya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

“DİN əməkdaşları ötən gecə ərzində 1 130 nəfərin sənədlərini yoxlayıb. Ümumilikdə 107 nəfər saxlanılıb. İnsidentlər Belqrad və Zrenyanin şəhərlərində qeydə alınıb. Zrenyanində 2 nəfər yüngül xəsarət alıb”, – məlumatda bildirilib.

Report