Dünya

ABŞ səfiri İrəvanı tərk edir – Moskvada çalışacaq

ABŞ səfiri İrəvanı tərk edir – Moskvada çalışacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Ermənistandakı səfiri Linn Treysinin səlahiyyət müddəti başa çatıb.

 

Modern.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bununla əlaqədar Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan amerikalı diplomatı qəbul edib.

 

Nazir ABŞ səfirinə Ermənistan XİN-in medalını təqdim edib.

 

Qeyd edək ki, Linn Treysi bundan sonra diplomatik fəaliyyətini Moskvada davam etdirəcək. Belə ki, o, ABŞ-ın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.