ABŞ-ın Ermənistandakı səfirliyinin əməkdaşlarına və onların ailə üzvlərinə xəbərdarlıq edilib.
7Times.az xəbər verir ki, bu barədə səfirliyin saytında məlumat yayılıb.
Xəbərdarlıqda diplomatik korpusun əməkdaşları və onların ailə üzvlərinə Basarkeçər, Gorus, Qafan və Arazdəyənə səfər etməməyə çağırış yer alıb.
Amerikalılara Ermənistan-Azərbaycan sərhədində təhlükənin yüksək olması səbəbindən bu ərazilərə getməmək tövsiyə olunur.
Follow @7timesaz