Aktual

ABŞ Şoyqu və Gerasimovu Ukrayna Silahlı Qüvvələrindən qorumaq qərarına gəlib…

ABŞ Şoyqu və Gerasimovu Ukrayna Silahlı Qüvvələrindən qorumaq qərarına gəlib…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Rusiya qoşunlarının dislokasiyası və yerdəyişməsi barədə kəşfiyyat məlumatları Ukraynaya gerçək zaman rejimində ötürülür, amma…”
“Birləşmiş Ştatlar Ukraynanın Rusiya ərazisinə hücumlarının iştirakçısı olmayacaq”
ABŞ prezidenti Co Bayden administrasiyası Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsi üzrə rəhbəredici sənəd hazırlayıb. Məqsəd- Vaşinqton və Moskva arasında gərginliyin artmasının qarşısını almaqdır.
Moderator.az xəbər verir ki, bu barədə etibarlı mənbələrə istinadən Amerikanın “Vaşinqton post” qəzeti yazıb.
“Vaşinqton Ukraynaya milyardlarla dollarlıq silah göndərir, bu zaman açıq şəkildə miqdarınadək bu tədarüklər haqqında məlumat verir. Lakin ABŞ  Ukraynanın döyüş meydanında uğuruna digər xeyli tövhəsi məsələsində, yəni Rusiya Silahlı Qüvvələri barəsində kəşfiyyat məlumatlarında daha ehtiyatlı davranır”, – məlumatda belə deyilir.
Amerikanın və Ukraynanın rəsmi şəxsləri anonimliyin qorunması şərtilə  jurnalistlərə danışıb ki, Rusiya qoşunlarının dislokasiyası və yerdəyişməsi barəsində məlumatlar Ukraynaya gerçək zaman rejimində ötürülür. Vaşinqton və Moskva arasında gərginliyin artmasının qarşısını almaq üçün amerikalılar kəşfiyyat məlumatlarının mübadiləsi üzrə təlimat hazırlayıb. Bu təlimat Ukraynaya Rusiyanın yüksək vəzifəli zabit və nazirlərinin məhv edilməsinə gətirib çıxara biləcək məlumatları ötürməyi qadağan edir. Bu kateqoriyaya Rusiyanın müdafiə naziri Sergey Şouqu və Baş Qərargah rəisi Valeri Gerasimov daxildir.
“Birləşmiş Ştatlar ukraynalılara hər hansı generalların qətlində fəal yardım göstərmir. Biz Ukrayna Silahlı Qüvvələrinə konkret olaraq hansı generalın müəyyən yerdə olması barədə məlumat verməyəcək, sonradan ona zərbə endirməyə kömək etməyəcəyik”, – Pentaqondakı mənbə məlumat verib.
Eyni zamanda, bu qadağa Ukrayna ərazisində döyüşən rusiyalı zabitlərə şamil edilmir.
Qadağaların ikinci kateqoriyası Ukraynaya onun sərhədlərindən kənarda Rusiya hədəflərinə hücum etməyə kömək edəcək məlumatlara aiddir.
“Vaşinqton post”un yazdığına görə, bu qadağa qismən ona görə tətbiq edilib ki, “Birləşmiş Ştatlar Ukraynanın Rusiya ərazisində həyata keçirə biləcəyi hücumlarının iştirakçısı olmasın”.
“Əvvəllər bu narahatlıq Bayden administrasiyasının Polşadan qırıcıların tədarükü üzrə planlarını dayandırıb, çünki onları Ukrayna Rusiya ərazisinə zərbələr endirmək üçün istifadə edə bilərdi”, – bunu ABŞ müdafiə nazirliyinin nümayəndələri qeyd edib.