Hərbi

ABŞ Tayvana 850 milyon dollarlıq silah verəcək

ABŞ Tayvana 850 milyon dollarlıq silah verəcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tayvan ordusu ABŞ ilə döyüş təyyarələri və raketlərin tədarükü üçün ümumi dəyəri təxminən 26,69 milyard Tayvan dolları (təxminən 853,8 milyon dollar) olan iki müqavilə imzaladığını elan edib.

APA-nın məlumatına görə, bunu Tayvan hökumətinin satınalmalar saytında dərc olunmuş sənədlər sübut edir.

Müqavilələrdən birincisi noyabrın 13-də imzalanıb və “hava-hava” və “hava-yer” raketlərinin tədarükünü nəzərdə tutur. Onlar 2032-ci ilə qədər müştəriyə çatdırılmalıdır.

Noyabrın 17-də “yüksək partlayıcı və digər mərmilərin” alınması üzrə ikinci müqavilə imzalanıb.