Dünya

ABŞ Türkiyəni F-35-lərin istehsalı proqramına qaytarmaq üçün şərtini açıqlayıb

ABŞ Türkiyəni F-35-lərin istehsalı proqramına qaytarmaq üçün şərtini açıqlayıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ankaranın Rusiyadan aldığı S-400 zenit-raket kompleksləri (ZRS) ilə bağlı məsələ həll olunarsa, Vaşinqton Türkiyəni Amerikanın beşinci nəsil F-35 qırıcılarının istehsalı proqramına qaytarmağa hazırdır.

APA xəbər verir ki, bu barədə CNN Turk-ə müsahibəsində ABŞ dövlət katibinin birinci müavini Viktoriya Nuland deyib.

“Açığı, əgər biz S-400 məsələsini həll edə bilsək və bunu etmək də istəyirik o zaman ABŞ Türkiyəni yenidən F-35 ailəsinə qəbul etməkdən məmnun olar. Amma əvvəlcə bu məsələni həll etməliyik və onu həll edərkən Türkiyənin güclü hava hücumundan müdafiəsinə malik olmasını da təmin etməliyik. Biz uzun illərdir ki, həm S-400 alınmasından əvvəl, həm də o vaxtdan bəri hava hücumundan müdafiəni gücləndirməyi müzakirə etməyi təklif edirik. Bildiyiniz kimi, bu, mürəkkəb məsələdir. Bu günlərdə hər kəsin hava hücumundan müdafiəyə ehtiyacı var. Bu problemin öhdəsindən gələ bilsək, biz F-35 danışıqlarına qayıda bilərik”, – Viktoriya Nuland bildirib.

Xatırladaq ki, Türkiyə 2019-cu ildə Rusiyadan S-400 zenit-raket kompleksləri aldıqdan sonra F-35 proqramından çıxarılıb.