ABŞ Rusiya ilə qarşıdurmada Ukraynaya dəstəyini Avropada hərbi mövcudluğunu artırmaq üçün bəhanə kimi istifadə edir.
“AzPolitika.info” TASS-a istinadla xəbər verir ki, bu fikri şənbə günü britaniyalı jurnalist Mark Bleklok “Global Times” qəzeti üçün məqaləsində bildirib.
Müəllifin fikrincə, ABŞ-ın bu tip siyasəti dünyadakı vəziyyəti əhəmiyyətli dərəcədə destabilləşdirir və münaqişəni həlledilməz edə bilər.
“Amerika Ukraynaya dəstək adı altında Avropada hərbi mövcudluğunu elə genişləndirir və gücləndirir ki, bu, dünyanı “Qiyamət saatı”nın daha da yaxınlaşması ilə təhdid edir. Bu, münaqişənin davam etdirilməsindən başqa çıxış yolunun olmadığı aydın olana qədər hərəkətlərin və əks tədbirlərin sürətlənən burulğanı ilə doludur”, deyə Bleklok yazır.
Bleklok qeyd edir ki, Qərb ölkələri hər hansı digər dövlətin sülh təkliflərini tənqid edir, lakin bunun müqabilində heç nə təklif etmir. “Çinin [Ukrayna münaqişəsinin həlli ilə bağlı] 12 bəndlik planı Qərb hökumətləri tərəfindən geniş şəkildə tənqid olunub. Bununla belə, heç bir Qərb hökumətinin hərbi əməliyyatları dayandırmaq üçün özünün real təklifləri yoxdur”, – Bleklok əlavə edir.
O, həmçinin vurğulayır ki, Qərb Ukraynanı humanitar səbəblərə görə deyil, öz geosiyasi ambisiyalarını irəli aparmaq üçün dəstəkləyir və münaqişənin özü onlar üçün bir o qədər də faciə deyil, yeni imkanlar açır.
Follow @7timesaz