ABŞ-ın Ukraynaya top mərmiləri, minaatan mərmiləri, hava-yer raketləri və sursat daxil olmaqla, təxminən 300 milyon dollarlıq əlavə hərbi yardım göndərəcəyi bildirilib.
“AzPolitika.info” xəbər verir ki, ABŞ rəsmilərinin bildirdiyinə görə, hərbi yardım paketinə təyyarələrdən atılan idarə olunmayan raketlər olan “Hydra-70”-lərdə daxildir.Hələlik yardım paketi rəsmi olaraq açıqlanmadığı üçün adının açıqlanmasını istəməyən səlahiyyətlilər, göndəriləcək sursatların hamısının Pentaqonun ehtiyatlarından təmin ediləcəyini bildiriblər.
Follow @7timesaz