ABŞ administrasiyası Ukraynaya 285 milyon dollar dəyərində qabaqcıl yer-hava raket sistemli olan “NASAMS”-ların satışını təsdiqləyib.
“AzPolitika.info” əbər verir ki, bu barədə Pentaqonun Müdafiə Təhlükəsizliyi və Əməkdaşlıq Agentliyinin bəyanatında deyilir.
“Ukraynaya “LAN/MPQ-64FI Sentinel” radarı, GPS qəbuledicisi, Atəş İdarəetmə Mərkəzi, raket buraxılış sistemi və digər sahə avadanlıqları, o cümlədən 285 milyon dollarlıq “NASAMS” veriləcək”– deyə, bəyanatda bildirilib.
Həmçinin, bəyanatda Ukraynanın Rusiyadan gələn raket hücumlarına qarşı müdafiə qabiliyyətini artırmasının lazım olduğu vurğulanıb və Ukraynanın bu potensiala çatması və ondan səmərəli istifadə etməsinin ölkədəki kritik infrastrukturların qorunmasına kömək edəcəyinə diqqət çəkilib.
Follow @7timesaz