Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin yeddinci ayında ABŞ HIMARS raket sistemlərinin və onlar üçün GMLRS dəqiq idarə olunan mərmilərin istehsalını artırmaq niyyətində olduğunu açıqladı.
7Times.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.
“Pentaqon anbarlarında HIMARS və GMLRS ehtiyatlarını artırmaq üçün demək olar ki, 400 milyon dollar əldə etmişik. Bundan əlavə, istehsalı genişləndirmək və sürətləndirmək üçün təxminən 200 milyon dollar ayırmağı planlaşdırırıq, həmçinin bu payızda və gələn ilin əvvəlində müqavilələrin bağlanacağını gözləyirik”. Bu barədə müdafiə nazirinin satınalma və təchizat üzrə müavini Uilyam LaPlant bildirib.