Pentaqon bəyan edib ki, Ukrayna yeni hərbi yardım paketi çərçivəsində ABŞ-dən 1,2 milyard dollar dəyərində silah alacaq.
Silahlar USAI (Ukraynanın Təhlükəsizliyinə Yardım Təşəbbüsü) çərçivəsində, yəni Müdafiə Nazirliyinin ehtiyatlarından deyil, müəssisələrdən və ya tərəfdaşlardan satınalma yolu ilə təmin ediləcək.
Paketə hava hücumundan müdafiə sistemləri və onlar üçün sursatlar, dron əleyhinə sistemlər üçün döyüş sursatları,155 mm-lik artilleriya mərmiləri, kommersiya peyk təsvirləri xidmətləri üçün vəsait, əsgər hazırlığı avadanlıqları və s. daxildir.
Pentaqondan bildirilib ki, hərbi yardımlar sayəsində Ukrayna qısa müddətdə öz silahlı qüvvələrinin potensialını artırmaq imkanları əldə edəcək.
Follow @7timesaz