Dünya

ABŞ və Almaniya Ukraynaya yeni silahlar göndərdi – G7 ölkələri razılaşıb

ABŞ və Almaniya Ukraynaya yeni silahlar göndərdi – G7 ölkələri razılaşıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 10-da Rusiyanın Ukrayna şəhərlərini qanadlı raketlərlə bombardıman etməsindən sonra Qərb müttəfiqləri işğala məruz qalan ölkəyə hərbi yardımları daha da artıracağını bəyan edib.

Bu gün Ukraynanın müdafiə naziri Aleksi Reznikov bəyan etdi ki, ABŞ-dan əlavə 4 HİMARS M142 artilleriya vasitələri Ukraynaya çatdırılıb. Almaniya isə Ukraynaya 1 İRİS-T HHM sistemi göndıərib, daha 3 belə sistemin göndərilməsi də gözlənilir.

Bundan başqa, dünən ABŞ-ın nüvə başlıqları daşıya biləcək B-2 strateji bombardmançısı Polşada yerləşdirilib. Eskpertlər bu addımın Vaşinqtondan Rusiyaya qarşı çox ciddi mesdaj kimi dəyərləndirilər.

Xatırladaq ki, G7 ölkələrinin dünən keçirilən toplantısında Ukraynanın qələbəsi üçün bütün addımların atılması qərarlaşdırılıb. Liderlər Rusiyaya qarşı daha çox sanksiya, Ukraynaya isə daha çox silah göndərilməsi barədə ortaq niyyət elan ediblər.