Ölkə

ABŞ və Kanada Buxara Yəhudiləri Konqresinin üzvləri Quba rayonuna səfər edib – FOTOLAR

ABŞ və Kanada Buxara Yəhudiləri Konqresinin üzvləri Quba rayonuna səfər edib – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
20 may 2024-cü il tarixdə ölkəmizdə səfərdə olan ABŞ və Kanada Buxara Yəhudiləri Konqresinin üzvlərindən ibarət nümayəndə heyəti Quba rayonuna səfər edib. Səfərdə Nyu-York Buxara Yəhudiləri İcma Mərkəzinin prezidenti, “Leon Diamonds” şirkətinin prezidenti Leon Nektalov, ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin koordinatoru, “The Bukharian Times” qəzetinin baş redaktoru Rafael Nektal, “The Medical Support Supply” şirkətinin prezidenti, Özbəkistan Respublikası Səmərqənd vilayətinin başçısının investisiyalar üzrə müşaviri Ben Benjamini, “The Bukharian Times” qəzetinin ingilis bölməsinin redaktoru Erin Levi və prodüser, fotojurnalist, kinorejissor Ariel Roubinoff iştirak edib.
“7Times.az” xəbər verir ki,səfər çərçivəsində qonaqlarla Quba Rayon İcra Hakimiyyətində Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovla görüş keçirilib, sonra qonaqlar dağ yəhudilərinin kompakt şəkildə məskunlaşdığı Qırmızı Qəsəbə qəsəbəsi, buradakı sinaqoqlar, Dağ Yəhudilərinin Muzeyi, həmçinin Quba şəhərində “Soyqırımı memorial kompleksi” ilə tanış olub, ölkəmizdə, eləcə də rayonumuzdakı tolerant mühitdən öz məmnunluqlarını ifadə ediblər.
Sevinc
7Times.az