Dünya

Şolts Kiyevə əlavə 3 milyard avroluq silah tədarükünə mane olur

Şolts Kiyevə əlavə 3 milyard avroluq silah tədarükünə mane olurbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya kansleri Olaf Şolts xarici işlər və müdafiə nazirləri Annalena Berbok və Boris Pistorius tərəfindən dəstəklənən Ukraynaya 3 milyard avroluq əlavə hərbi yardım paketinin ayrılmasına mane olur.

7Times.az xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, nazirlər fevralın 23-nə təyin edilmiş Bundestaq seçkilərinə qədər yeni yardım göstərmək istəyirlər.

Müdafiə Nazirliyinin mütəxəssisləri hətta mərmilər, Patriot üçün raketlər, 10 haubitsa və döyüş sursatı da daxil olmaqla daha üç İRİS-T hava hücumundan müdafiə sistemi olan silahların siyahısını hazırlayıblar.

Bununla belə, Almaniya kansleri qeyri-rəsmi olaraq əlavə hərbi yardım paketini təsdiq etməyəcəyini bildirib.

2025-ci ilin büdcəsində bu məqsədlər üçün təqribən 4 milyard avro vəsait nəzərdə tutulub.

APA