Dünya

ABŞ Yaxın Şərqdə hərbi qüvvələrinin sayını artırır

ABŞ Yaxın Şərqdə hərbi qüvvələrinin sayını artırırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ İranın son aylarda ticarət gəmilərini təqib etməsindən və ələ keçirməsindən sonra Yaxın Şərqdəki F-35 və F-16 döyüş təyyarələrinin sayını artıracağını, həminin bölgəyə hərbi gəmilər göndərəcəyini açıqlayıb.

“AzPolitika.info” xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin sözçüsü Sabrina Sinq jurnalistlərə bildirib ki, Pentaqon ABŞ-ın Hörmüz boğazı və ətrafını müşahidə etmək üçün regionda mövcudluğunu və imkanlarını artıracaq.

Qeyd edək ki, yeni döyüş təyyarələrin hara yerləşdiriləcəyi və bölgədə nə qədər qalacağı hələlik bəlli deyil.