Almaniyada təşkil olunan Avropa çempionatında bu gün qrup mərhələsinin oyunlarına yekun vurulacaq.
7Times.az xəbər verir ki, E və F qruplarında keçiriləcək III turun son görüşlərindən sonra bütün 1/8 finalçılar bəlli olacaq.
E qrupunun görüşləri saat 20:00-da başlayacaq. Slovakiya və Rumniya Frankfurtda, Belçika və Ukrayna isə Ştutqart şəhərində üz-üzə gələcəklər.
F qrupuna gəlincə, Hamburq şəhərində Çexiya və Türkiyə milliləri münasibətlərinə aydınlıq gətirəcəklər. İkinci pillədə qərarlaşan Türkiyə millisi 3, Çexiya isə 1 xala malikdir. Qrupun paralel keçiriləcək digər görüşündə Portuqaliya Gürcüstan millisini sınağa çəkəcək. Portuqaliya artıq 1/8-ə vəsiqəni təmin edib.
AÇ-2024
III tur
26 iyun
E qrupu
20:00. Slovakiya – Rumıniya
Baş hakim: Daniel Siebert (Almaniya).
“Frankfurt Arena”.
20:00. Ukrayna – Belçika
Baş hakim: Entoni Teylor (İngiltərə).
Ştutqart, “MHP Arena”.
Xal durumu: Rumıniya – 3, Belçika – 3, Slovakiya – 3, Ukrayna – 3.
F qrupu
23:00. Çexiya – Türkiyə
Baş hakim: İştvan Kovaç (Rumıniya).
Hamburq, “Folksparkştadion”.
23:00. Gürcüstan – Portuqaliya
Baş hakim: Sandro Şörer (İsveçrə).
Helzenkirhen, “Feltins Arena”.
Xal durumu: Portuqaliya – 6, Türkiyə – 3, Çexiya – 1, Gürcüstan – 1.
Qeyd edək ki, Avropa çempioantına iyulun 14-də yekun vurulacaq.
Follow @7timesaz