Dünya

Ac tələbə rəsm əsərini yedi

Ac tələbə rəsm əsərini yedibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreyalı tələbə rəssam Mauritsio Kattelanın instalyasiyasının bir hissəsini yeyib.

7Times.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

O, səhər yemək yemədiyini və ac olduğu üçün bu addımı atdığını bildirib.

Qeyd edək ki, Cattelanın “BİZ” sərgisinin bir hissəsi olan “Komediyaçı” əsəri Seuldakı Leeum İncəsənət Muzeyində divara yapışqan lentlə yapışdırılmış yetişmiş banandan ibarət idi.

Bir dəqiqədən çox davam edən hadisəni Nohun dostu lentə alıb. İnternetdə yerləşdirilən videolarda Noh bananı divardan götürərkən “bağışlayın” səsləri eşidilir. Otaq sakitləşəndə cavab vermir və yeməyə başlayır.

Daha sonra qabığı divara yapışdırır və poza verir.