Dünya

Acun Ilıcalı Mahir Emreliyə ZƏNG ETDİ – İsrar edir ki…

Acun Ilıcalı Mahir Emreliyə ZƏNG ETDİ – İsrar edir ki…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyəli iş adamı Acun Ilıcalı Azərbaycan yığmasının hücumçusu Mahir Emreliyə zəng edib.

7Times.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, o, Mahirə sahibi olduğu İngiltərə Çempionşip təmsilçisi “Hall Siti”də oynamağı təklif edib.

A.Ilıcalı ona bu transferdə israr edib.

Mahir isə hələ ki, gözləməyi lazım bilib. Buna səbəb isə “Dinamo”da (Zaqreb) forvardın baş məşqçisi olmuş və ona kifayət qədər şans tanımayan Sergey Yakiroviçin “Hall Siti”yə təyin olunma ehtimalıdır.

Məhz bu səbəbdən Emreli gözləmək istəyir.

M.Emreliyə Bundesliqadan isə iki təklif var. Belə ki, o, “Verder” (Bremen) və “Yunion Berlin”dən təklif alıb. Onun karyerasını harda davam etdirəcəyinə isə milli komandaların matçından sonra aydınlıq gələcək.