Sosial media fenomeni Dilan Polat və həyat yoldaşı Engin Polat cütlüyü barədə Maliyyə Cinayətləri İstintaq Şurasının araşdırması davam edir.
OLAY yazır ki, var-dövləti müsadirə edilən cütlüyün istintaqı çərçivəsində digər sosial media fenomenlərinin də gəlirləri ilə bağlı araşdırma aparılır.
Maliyyə Cinayətləri İstintaq Şurası son olaraq cinsiyyətini dəyişən türk fenomen Selin Ciğercinin gəlirlərini nəzarətə götürüb.
“Baxsınlar. Dərhal yekunlaşsın. Kim günahkardırsa, həbsxanaya getsin və cəzasını çəksin. Çox uzun çəkdi. 5 ildə 40 milyon TL-dən çox vergi ödədim. Əgər orada çirkli pulların yuyulması varsa, məni Taksim meydanına qoyun, özümü orada asaram. Anam və atam belə şeylərə dözə bilmir. Əgər mənim adım çirkli pulların yuyulmasında hallanırsa, mənə ömürlük həbs cəzası verilsin” – deyə fenimen açıqlamasında bildirib.
Follow @7timesaz